...

"Akkord" ulu öndərin amallarını yaşatmaqda qərarlıdır (FOTO)

Cəmiyyət Materials 13 Dekabr 2012 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Direktorlar Şurasının üzvləri və işçi kollektivi ümummilli lider Heydər Əliyevin anım günündə ulu öndərə olan ehtiramın ifadəsi olaraq Fəxri xiyabanda olub. Gətirilən tər çiçək dəstələrini məzar-abidə kompleksinin önünə düzən "Akkord" nümayəndələri ulu öndərin xatirəsini sükutla yad ediblər.

Anım mərasimindən sonra Korporasiyanın bir qrup üzvü əvvəlcədən alınmış qərara əsasən, Saray qəsəbəsində yerləşən 7 saylı internat evini ziyarət ediblər. Heydər Əliyevin uşaqlara olan sevgi və qayğısını, ulu öndərin fiziki yoxluğuna rəğmən bu müqəddəs hisslərin daima yaşadığını simvolizə edən bu ziyarət internat evinin sakinləri tərəfindən böyük sevinclə qarşılanıb.

İnternat evinin hərtərəfli ehtiyacları nəzərə alınmaqla alınıb-gətirilən hədiyyələr uşaqlara çatdırıldıqdan sonra "Akkord" Korporasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Afaq Quliyeva buradakı uşaqlar və müəllim-tərbiyəçi kollektivi qarşısında çıxış edib. O, respublikamızın bütün sahələrində Heydər Əliyev amalları və əsası onun tərəfindən qoyulmuş ənənələrin davam etdiyini, "Akkord" Korporasiyasının da öz növbəsində bu ənənələrin davam etdirilməsi yolunda səylərini əsirgəmədiyini bildirib. Saray qəsəbəsindəki bu internat evinin Korporasiyanın daim diqqət mərkəzində olduğunu vurğulayan şöbə rəhbəri belə bir gündə uşaqlara ayrılan diqqətin bilavasitə ulu öndərin zəngin şəxsi nümunəsindən qaynaqlandığını bildirib.

İnternat evinin kollektivi göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti