...

Azərbaycan yeni kəşfiyyat və post-patrul maşınlarının istehsalına başlayıb

Cəmiyyət Materials 17 Dekabr 2012 11:59 (UTC +04:00)
BRDM tipli maşının bazasında yeni kəşfiyyat maşını yaradılıb. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.
Azərbaycan yeni kəşfiyyat və post-patrul maşınlarının istehsalına başlayıb

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir E.Mehdiyev/

BRDM tipli maşının bazasında yeni kəşfiyyat maşını yaradılıb. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazir qeyd edib ki, bu maşın vasitəsilə düşmənin həm yerüstü, həm də hava hədəflərini məhv etmək olar.

Camalovun sözlərinə görə, bu maşın 23 mm-lik top, iki ədəd 7.62 mm çaplı pulemyot, AQ-17 qumbaraatan, tüstü buraxıcı qurğu, həmçinin zəruri kəşfiyyat vasitələri ilə təchiz olunub.

Nazir həmçinin qeyd edib ki, ölkədə istehsal olunan və modernizasiyadan çıxan zirehli texnikaların silahlandırılması üçün də müəyyən istiqamətdə işlər aparılıb.

"Belə ki, həmin maşınların silahlanması üçün 12.7, 14.5, 20, 23 və 30 mm toplarla silahlandırmaq üçün qüllələr hazırlanıb. Bundan əlavə xaricdən həmin maşınların silahlanması üçün heç bir qüllənin alınmasına ehtiyac olmayacaq", - Camalov deyib.

Nazir həmçinin qeyd edib ki, nazirlik MT LB tipli maşının üzərində 15 lüləli reaktiv atəş sistemi yaradıb.

"Bu sistem düşmənin canlı qüvvəsi, sığınacaqları və hərbi texnikasını məhv etmək üçün nəzərdə tutulur. Bu maşının silahlanmasında həmçinin 57 mm-lik raketlərdən istifadə olunur", - Camalov deyib.

Nazir "Gürzə" adlı yeni post-patrul maşının yaradıldığını da qeyd edib. "Bu maşın 2 ədəd 7.62 mm-lik və 1 ədəd 12.7 mm-lik pulemyotla silahlandırılıb. Maşın güc strukturları üçün nəzərdə tutulur", - Camalov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti