...

Ankarada "Türkiyə-Azərbaycan əlaqələrinin tarixi" mövzusunda konfrans təşkil edilib (FOTO)

Cəmiyyət Materials 19 Dekabr 2012 00:56 (UTC +04:00)
Dekabrın 18-də Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə Xar­icdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAİF) "Türkiyə-Azərbaycan Əlaqələrinin Tarixi" mövzusunda konfrans təşkil edilib.
Ankarada "Türkiyə-Azərbaycan əlaqələrinin tarixi" mövzusunda konfrans təşkil edilib (FOTO)

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Dekabrın 18-də Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə Xar­icdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAİF) "Türkiyə-Azərbaycan Əlaqələrinin Tarixi" mövzusunda konfrans təşkil edilib.

Azərbaycanın Türkiyədəki səfirliyindən Trend-ə daxil olan məlumatda bildirilir ki, tədbirdə Türkiyənin ən nüfuzlu universitetlərindən biri olan Hacettepe Universitetinin Rektoru Prof. Dr. Murat Tuncer, səfirliyin əməkdaşları, Ankarada təhsil alan çox sayda tələbələrimiz və KİV nümayəndələri iştirak etmişlər.

Konfrans Azərbaycan və Türkiyə himnlərinin oxunmasının ardından çıxışlar ilə davam etmişdir. Hacettepe Universitetinin Rektoru Prof. Dr. Murat Tuncer, Səfirliyimizin Təhsil Müşaviri Nəcibə Nəsibova və səfirliyin Konsulu Şöhrət Mustafayev həyata keçirdikləri çıxışlarında iki ölkə münasibətlərinin dərin tarixi, mədəni və milli köklərindən, sözügedən münasibətlərin dünyada bənzəri olmadığından, həyatın bütün sahələrində ikitərəfli münasibətlərin sağlam təməllər üzərində qurulduğundan və sürətli inkişaf prosesindən, iki qardaş ölkə arasındakı münasibətlərin əsasını təhsil sahəsi ilə bağlı əlaqələrin təşkil etdiyindən və bu günə qədər həyata keçirilən bütün fəaliyyətlərin gələcək üçün əsaslı ümidlər doğurduğundan geniş şəkildə bəhs etmişlər.

Ardından tələbələrin təklif və sualları ilə tədbir başa çatmışdır.

Xəbər lenti

Xəbər lenti