...

“Excelsior Hotel Baku” hotelində Yeni il tədbirləri keçiriləcək

Cəmiyyət Materials 20 Dekabr 2012 11:11 (UTC +04:00)

31 dekabr 2012-ci il tarixində "Excelsior Hotel Baku" otelinin "Afurja" və "Belveder" restoranlarında Yeni il tədbirləri keçiriləcək.

Müğənni Səbinə Babayevanın ifa edəcəyi həzin, canlı müsiqi sədaları altında ləziz şam yeməyi, əyləncəli şou proqram, lotoreya və konkurslar hər bir kəsdə yüksək Yeni il əhval ruhiyyəsi yaradacaq.

Yeni il tədbirində iştirak edən qonaqların "Excelsior Hotel Baku" otelindən dəyərli hədiyyələr qazanmaq şansı olacaqdır. Şən və unudulmaz diskotekada səhərədək davam edəcək.

Bir biletin qiyməti 180 manat təşkil edir və qiymətə zəngin şam yeməyi və içkilər daxildir. Qonaqlara bayram təklifi olaraq 99 manatadan başlayan qiymətlərələ "Excelsior Hotel Baku" otelində qalmaq fürsəti təklif olunur.

Bilet almaq üçün "Excelsior Hotel Baku" otelinə 496 80 00 telefon nömrəsinə zəng vuraraq sifariş edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti