Azərbaycan, Bakı, 22 dekabr /Trend/
Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar Azərbaycanda qeyri-iş günlərinin yerləri dəyişdirilib. Bu barədə şənbə günü Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.
Nazirlər Kabinetinin qərarına əsasən, Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı dekabrın 31-i, yanvarın 1, 2, 3, 4-ü qeyri-iş günləri elan edilib.
Yanvarın 5-i və 6-sı şənbə və bazar gününə düşdüyündən, iş günü yanvarın 7-dən başlanacaq.
Qərara görə, bunun əvəzində dekabrın 29-u və 30-u iş günü elan edilib.
Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü, yanvarın 1, 2-si isə Yeni il bayramıdır.