...

Azərbaycan-Misir birgə poçt markası buraxılıb

Cəmiyyət Materials 27 Dekabr 2012 17:44 (UTC +04:00)
Azərbaycan ilə Misir arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi ilə əlaqədar olaraq, Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü ilə hər iki ölkənin Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri tərəfindən birgə poçt markası buraxılıb.
Azərbaycan-Misir birgə poçt markası buraxılıb

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Azərbaycan ilə Misir arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi ilə əlaqədar olaraq, Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü ilə hər iki ölkənin Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri tərəfindən birgə poçt markası buraxılıb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, diplomatik əlaqələrin qurulmasının 20 illiyini rəmzləşdirmək məqsədi daşıyan birgə poçt markası bu ilin noyabr ayında Azərbaycana səfəri zamanı Misirin rabitə və informasiya texnologiyaları naziri Həni Mahmud və Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tərəfindən imzalanıb.

İki ölkə arasındakı diplomatik əlaqələrin 20 illik dövrü əhatə etməsinə baxmayaraq, xalqlarımız arasındakı əlaqələrin dərin tarixi köklərə malik olduğunu bir daha nümayiş etdirmək üçün birgə poçt markasında Qız Qalası, İçərişəhər, Misir Ehramları, Sfinks, Qobustan divar rəsmiləri və Misir heroqliflərinin şəkil elementləri öz əksini tapıb.

Birgə poçt markası hər iki dövlətin poçt rabitə xidmətində rəsmi dövriyyə statusuna malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti