Azərbaycan, Bakı, 5 yanvar / Trend müxbir M.Əliyev/
Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində 5 yanvar tarixində içməli su təchizatında məhdudiyyətlər tətbiq ediləcək. Trend-n məlumatına görə, bu barədə şənbə günü "Azərsu" ASC-nin Mətbuat xidmətindən bildirilib.
Məhdudiyyətlər Bakıxanov qəsəbəsi ərazisində magistral su xətlərində təmir işləri ilə əlaqədar olacaq.