...

ANAMA ötən ilin son ayında 618 PHS və 2 ədəd tank əleyhinə mina aşkarlayıb

Cəmiyyət Materials 9 Yanvar 2013 16:28 (UTC +04:00)
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 2012-ci ilin dekabr ayı ərzində 3,383,944 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib, 618 PHS və 2 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
ANAMA ötən ilin son ayında 618 PHS və 2 ədəd tank əleyhinə mina aşkarlayıb

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 2012-ci ilin dekabr ayı ərzində 3,383,944 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib, 618 PHS və 2 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Bu barədə Trend-ə ANAMA-nın mətbuat xidmətindən bildiriblər.

2012-ci il ərzində 32,819,864 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib və 11,364 PHS aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 214,291,899 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 676,170-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Füzuli, Qazax, Gədəbəy, Göygöl, Goranboy, Tərtər və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda, Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

2012-ci ilin dekabr ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.

Ümumilikdə 2012-ci il ərzində 18 mina/PHS hadisəsi qeydə alınıb və 22 nəfər zərər çəkib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti