...

Azərbaycanda dövlət qurumları və iri özəl şirkətlər vahid kadr məlumat bazasına çıxış əldə edəcəklər

Cəmiyyət Materials 10 Yanvar 2013 15:07 (UTC +04:00)
Azərbaycanda dövlət qurumları və iri özəl şirkətlər bu ilin may ayından etibarən gənclərin vahid kadr məlumat bazasına çıxış əldə edəcəklər.
Azərbaycanda dövlət qurumları və iri özəl şirkətlər vahid kadr məlumat bazasına çıxış əldə edəcəklər

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanda dövlət qurumları və iri özəl şirkətlər bu ilin may ayından etibarən gənclərin vahid kadr məlumat bazasına çıxış əldə edəcəklər. Bunu Trend-ə Azərbaycan Gənclər və İdman Nazirliyindən bildiriblər.

Nazirlik tərəfindən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində hazırlanan məlumat bazasında gənclərlə bağlı məlumatlar yerləşdiriləcək.

Xüsusi proqram təminatında bazaya çıxış imkanı məhdud sayda qurum - dövlət strukturları və iri şirkətlərə məxsus olacaq. Həmin bazadan onlar tələb olunan kriteriyalara cavab verən kadrları işə qəbul edə, layihələrə cəlb edə biləcəklər.

Çoxsaylım ictimai birliklər, QHT-lərin həmin kadr bazasına istedadlı gənclərlə bağlı məlumatları daxil etmək imkanı olacaq. Lakin həmin məlumatlar Gənclər və İdman Nazirliyində yaradılacaq xüsusi ekspert qrupu tərəfindən yoxlanılaraq kadrlar bazasına daxil ediləcək.

Hazırda Azərbaycanda istənilən sahə üzrə nə qədər kadr olduğu, kimlərin hansı qabiliyyətlərə malik olduqları barədə məlumat almaq üçün müxtəlif qurumlara müraciət etmək lazım olur. Vahid baza yarandıqdan sonra isə bu problem aradan qalxacaq. Orada hər bir gəncin təhsil, dil bilikləri, iş təcrübəsi qeyd olunacaq. Baza mütəmadi yenilənəcək. Bu, gənclər arasında aparılan müxtəlif seçim zamanı insan faktorunu minimuma endirilməsi ilə şəffaflığın təmin olunmasına xidmət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti