...

Ermənistanda qərargah rəisi rüşvət almaqda təqsirləndilir

Cəmiyyət Materials 15 Yanvar 2013 16:09 (UTC +04:00)
Ermənistanda "N" saylı hərbi hissənin komandir müavini, qərargah rəisi, podpolkovnik Yuri Mkrtçyana qarşı vəzifə səlahiyyətindən sui-istifadə etməklə böyük məbləğdə vəsaitin mənimsənilməsinə görə ittiham irəli sürülüb.
Ermənistanda qərargah rəisi rüşvət almaqda təqsirləndilir

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Ermənistanda "N" saylı hərbi hissənin komandir müavini, qərargah rəisi, podpolkovnik Yuri Mkrtçyana qarşı vəzifə səlahiyyətindən sui-istifadə etməklə böyük məbləğdə vəsaitin mənimsənilməsinə görə ittiham irəli sürülüb.

Trend-in çərşənbə axşamı Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, Mkrtçyan dələduzluq yolu ilə 3000 dollarlıq vəsaitin ələ keçirilməsində günahkar bilinir.

İlkin istintaq tədbirləri nəticəsində məlum olub ki, Mkrtçyan həmin məbləğə Saralanc kəndinin sakini Evelin Sarkisyana oğlunu silahlı qüvvələrə çağırış zamanı konkret hərbi hissəyə təyin etmək barədə vəd verib. Bundan 5 ay sonra isə özünün xidmət etdiyi hərbi hissəyə keçirməyə dair söz verib.

Mkrtçyan məbləği iki mərhələdə əldə edib. Əvvəlcə, 2011-ci il mayın 6-da Artik şəhərinin sakini Artur Qriqoryanın vasitəçiliyi ilə Sarkisyandan 2500 dollar alıb, 2011-ci il oktyabrın 14-də isə öz kabinetində Sarkisyanın qızının iştirakı ilə məbləğin qalan hissəsini alıb və daha 500 dollar mənimsəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti