...

Yaxın 2-3 gün ərzində Azərbaycanda "yaz havası" davam edəcək

Cəmiyyət Materials 17 Yanvar 2013 10:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Yaxın 2-3 gün ərzində Azərbaycanda "yaz havası" davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva cümə axşamı Trend-ə bildirib ki, yanvarın 20-nə qədər Azərbaycan ərazisində hava şəraitində ciddi dəyişiklik gözlənilmir. Əksər ərazilərdə, o cümlədən Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Səhər və axşam saatlarında duman gözlənilir.

Tağıyeva deyib ki, mövcud temperatur çoxillik normadan 1,6 dərəcə yüksəkdir.

Onun sözlərinə görə, yanvarın 20-nə qədər Bakıda və Abşeron yarımadasında, o cümlədən Azərbaycanın əksər yerlərində, dağlıq ərazilərində cənub-qərb küləyi üstünlük təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında gündüz temperatur 6-11 dərəcə olacaq, cənub-qərb küləyinin güclənməsi nəticəsində dağlıq ərazilərdə gündüz temperatur 2-7 dərəcə, Aran rayonlarında isə 7-12 dərəcə təşkil edəcək.

Tağıyevanın sözlərinə görə, cənub-qərb küləyinin nisbətən güclənməsi meteohəssas insanlarda diskomfort hissi yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti