...

QHT-lərə Dövlət Dəstəyi Şurası il ərzində bütün fəaliyyətini elektron formaya keçirəcək

Cəmiyyət Materials 18 Yanvar 2013 16:24 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu il ərzində bütün fəaliyyətini elektron formaya keçirəcək.
QHT-lərə Dövlət Dəstəyi Şurası il ərzində bütün fəaliyyətini elektron formaya keçirəcək

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu il ərzində bütün fəaliyyətini elektron formaya keçirəcək. Bu barədə Trend-ə Şuranın sədri, millət vəkili Azay Quliyev məlumat verib.

O qeyd edib ki, Şura QHT-lərin hesabatlarını elektron formada qəbul edəcək, bir müddət sonra isə layihələrin də elektron formada qəbul edilməsini planlaşdırır.

Onun sözlərinə görə, Dövlət Dəstəyi Şurası Azərbaycanda həyata keçirilən elektron hökumət layihəsinə töhfə vermək və bununla, öz fəaliyyətində şəffaflığı daha da artırmaq məqsədilə 2013-cü ilin maliyyə yardımı müsabiqəsinə QHT layihələrini yalnız elektron formada qəbul etmək haqqında qərar qəbul edib.

Quliyev qeyd edib ki, layihə təkliflərinin elektron formada qəbul edilməsi QHT-lərə vaxta qənaət etməklə yanaşı, müsabiqələrə ayrı-ayrı istiqamətlər üzrə daxil olmuş layihələrin sayı, onların hərəkəti və ekspert qiymətləndirməsi haqqında operativ məlumatları internet resursları vasitəsilə əldə etmələrinə də imkan verəcək.

"Dövlət başçısı tərəfindən 2013-cü il Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunub. QHT-lərə Dövlət Dəstəyi Şurası da bu təşəbbüsə qoşularaq bütün fəaliyyətini elektron formada qurmağı düşünür və informasiya texnologiyalarından geniş yararlanmağa çalışacaq", - Quliyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti