Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Ombudsman Aparatının Quba Regional Mərkəzinin nümayəndələri Təhsil Nazirliyinin Quba xüsusi peşə məktəbinə baş çəkiblər.
Ombudsman Aparatının mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, başçəkmə zamanı yataqxanalara, sinif, tərbiyə və istirahət otaqlarına, kitabxanaya, mətbəxə, yeməkxanaya, hamama, inzibati otaqlara və ümumi əraziyə baxış keçirilib, saxlanma şəraiti və müəssisədəki uşaqlarla rəftar, onların təhsil alması və asudə vaxtlarının təşkili məsələləri araşdırılıb.
Müəssisədə saxlanılan 12 azyaşlı oğlanla təkbətək söhbət aparılıb, onlara hüquqları izah edilib. Uşaqlar saxlanma şəraitindən, müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməyiblər.
Başçəkmə zamanı saxlanma şəraitinin daha da təkmilləşdirilməsi, uşaqların təhsil hüquqları ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.