...

BANM qəbul olunmuş abituriyentlərin orta bal və dövlət sifarişi ilə qəbul göstəricilərinə görə lider olub

Cəmiyyət Materials 22 Yanvar 2013 11:57 (UTC +04:00)
Ölkəmizin təhsil sisteminin ən gənc təhsil müəssisəsi olan Bakı Ali Neft Məktəbi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2012 – ci il tarixli Fərmanı ilə yaradılmışdır.
BANM qəbul olunmuş abituriyentlərin orta bal və dövlət sifarişi ilə qəbul göstəricilərinə görə lider olub

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Ölkəmizin təhsil sisteminin ən gənc təhsil müəssisəsi olan Bakı Ali Neft Məktəbi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2012 - ci il tarixli Fərmanı ilə yaradılmışdır. Bu təhsil ocağının əsas vəzifəsi ən müasir tələblərə cavab verən yüksəkixtisaslı mühəndis kadrların hazırlanmasıdır. BANM-dən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən Bakı Ali Neft Məktəbi tarixi baxımdan çox kiçik müddət ərzində fəaliyyətinin təşkilində çox əhəmiyyətli uğurlara imza atmış və innovasiyalı texnologiyaların hər sahədə geniş tətbiqi ilə fərqlənmişdir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nəşr etdiyi " 2012- ci ilin qəbul və buraxılış imtahanlarının nəticələri ( xülasələr, statistik məlumatlar )" adlı "Abituriyent" jurnalının xüsusi buraxılışında öz əksini tapmış statistik göstəricilər sübut edir. Bakı Ali Neft Məktəbinə elan edilmiş qəbul yerlərinin hər birinə müsabiqədə iştirak etmək üçün 13 nəfər ərizə vermişdir.

I qrup ixtisasları üzrə qəbul imtahanlarında 600-dən çox bal toplayan 234 nəfərin 116-ı məhz Bakı Ali Neft Məktəbinə daxil olmuşdur. Bu, qəbulun nəticələrinə görə bütün qruplar üzrə 600 baldan çox bal toplamış abituriyentlərin 9,46%-ni təşkil etmişdir.

Bakı Ali Neft Məktəbi qəbul olunan abituriyentlərin göstəricilərinə gorə 600 ballıq həddi keçmiş yeganə təhsil ocağıdır ki, daxil olan tələbələrin orta balı 631 olmuşdur.

Qəbul olan abituriyetnlərin orta bal göstəricilərinə görə ali məktəblərin reytinq cədvəli.

1.

Bakı Ali Neft Məktəbi

2.

Azərbaycan Tibb Universiteti

3.

Azərbaycan Diplomatik Akademiyası

4.

A.R.Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

5.

Bakı Dövlət Universiteti

6.

Qafqaz Universiteti

600 - dən çox bal toplamış və ali məktəblərə qəbul olmuş gənclərin sayına görə Bakı Ali Neft Məktəbi ali təhsil müəssisələri arasında 5-ci yerdə qərarlaşmışdır.

Ali Məktəb

Yüksək nəticə ilə qəbul olanların sayı

1.

Azərbaycan Tibb Universiteti

336

2.

Bakı Dövlət Universiteti

219

3.

Qafqaz Universiteti

154

4.

A.R.Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

150

5.

Bakı Ali Neft Məktəbi

116

6.

Azərbaycan Dillər Universiteti

83

7.

Azərbaycan Diplomatik Akademiyası

48

8.

Azərbaycan Dövlət İqtisad Universiteti

45

9.

Azərbaycan Dövlət Neft Akademiyası

14

10.

Milli Aviasiya Akademiyası

14

11.

Naxçıvan Dövlət Universiteti

13

12.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı

3

13.

Azərbaycan Turizim İnstitutu

2

14.

Xəzər Universiteti

2

15.

Gəncə Dövlət Universiteti

2

16.

Azərbaycan Memarlıq və İnşaat Universiteti

1

17.

Azərbaycan Texniki Universiteti

2

18.

Azərbaycan Dövlət Aqrar Universiteti

1

19.

"Azərbaycan" Universiteti

1

Dövlət sifarişi ilə tələbə qəbulunun göstəricilərinə görə isə Bakı Ali Neft Məktəbi mütləq liderdir. Belə ki "Neft - qaz mühəndisliyi" ixtisası üzrə qəbul elan edilmiş 45 yerdən 44-nü ,"Kimya mühəndisliyi" ixtisası üzrə 117 yerdən 51-ni tutanlar Bakı Ali Neft Məktəbinin tələbələri olmuşlar.

Dövlət sifarişi ilə tələbə qəbuluna görə ali məktəblərin reytinq cədvəli.

1.

Bakı Ali Neft Məktəbi

2.

A.R.Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

3.

Bakı Dövlət Universiteti

4.

Azərbaycan Turizm İnstitutu

Ali Məktəblərə qəbul olmuş və Prezident təqaüdünə layiq görülmüş 102-i nəfərdən 11- i Bakı Ali Neft Məktəbinin tələbələridir.

Ali Məktəb

Prezident təqaüdçülərinin sayı

1.

A.R.Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

28

2.

Azərbaycan Tibb Universiteti

26

3.

Qafqaz Universiteti

20

4.

Bakı Ali Neft Məktəbi

11

5.

Bakı Dövlət Universiteti

10

6.

Azərbaycan Diplomatik Akademiyası

4

7.

Azərbaycan Dövlət İqtisad Universiteti

2

8.

Azərbaycan Dövlət Neft Akademiyası

1

Bakı Ali Neft Məktəbi ötən bir il ərzində həm də ən müasir tələblərə cavab verən infrastruktur yarada, idarəetmə və pedaqoji heyəti də formalaşdıra bilmiş, professor-müəllim heyətinin tədrisdə, tələbələrin isə təhsildə motivasiyalarını yüksəltmək üçün silsilə həvəsləndirici və səfərbəredici tədbirlər həyata keçirmişdir.

Bu ali təhsil müəssisəsinin uğurlarından biri də onun ilk günlərdən beynəlxalq əlaqələrinin genişləndirilməsi və Qərb ölkələrində geniş tətbiq olunan ən müasir tədris proqramlarının və texnologiyalarının ali məktəbə gətirilməsi istiqamətində atılmış addımlarıdır.

Hazırda Bakı Ali Neft Məktəbində Böyük Britaniyanın Heriot-Uatt Universitetinin tədris proqramı əsasında bakalavriatdan əvvəlki hazırlıq həyata keçirilir. Tələbələr bir il ərzində "inglis dili" və "kompyuter və informasiya texnologiyaları" fənnlərini yüksək səviyyədə öyrənirlər. Tədris prosesi kompyuter, multimediya və internet - texnologiyalarının tətbiqi ilə həyata keçirilir.

Növbəti tədris ilində ixtisaslar üzrə inglis dilində mütəxəssis hazırlığına başlanılacaqdır.

Ali məktəbdə tədris prosesi ilə yanaşı gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, dünyagörüşlərinin genişləndirilməsi, mədəni səviyyələrinin yüksəldilməsi və fiziki hazırlıqlarının artırılması istiqamətində də silsilə tədbirlər həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti