...

Elşad İskəndərov: Azərbaycanda bəzi din xadimlərinin dini maarif səviyyəsi qənaətbəxş deyil

Cəmiyyət Materials 30 Yanvar 2013 11:48 (UTC +04:00)
Azərbaycanda bəzi din xadimlərinin dini maarif səviyyəsi qənaətbəxş deyil.
Elşad İskəndərov: Azərbaycanda bəzi din xadimlərinin dini maarif səviyyəsi qənaətbəxş deyil

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycanda bəzi din xadimlərinin dini maarif səviyyəsi qənaətbəxş deyil. Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov komitənin yenilənmiş saytının təqdimat mərasimində çıxış edərkən bildirib.

İskəndərov deyib ki, Azərbaycanda bilikli, milli-mənəvi dəyərli dini xadimlərə ehtiyac var. Onun sözlərinə görə, müxtəlif innovativ metodlarla fəaliyyət göstərən icmaların təkmilləşməsinə yönəlmiş layihələr olacaq.

O qeyd edib ki, komitənin fəlaiyyətinin prioritet istiqamətlərindən biri dövlət siyasətini gündəmə gətirmək olacaq.

"Əsas istiqamət çoxminlik icmalara xidmət göstərməkdir. İkincisi, qanunvericiliklə əlaqədar adminstrativ və inzibati məsələləri həyata keçirmək prosesidir. Bu sahədə də bir çox hallarda narazılıq olurdu. İndi bu proseslərin hamısını onlayn yolla keçirəcəyik. İndi gərək dini icmalar öz üzərində çalışsınlar. Həm dini ədəbiyyatlarla, həm onların satışını həyata keçirən müəssisələrin qeydiyyatı ilə bağlı bütün məlumatları saytda tapmaq olacaq", - komitə sədri əlavə edib.

İskəndərov, həmçinin qeyd edib ki, bu il Milli Toleranlıq Mərkəzi yaradılacaq. Ən azı 3 dinə mənsub icmaların ortaya qoyduqları birgə layihələr komitə tərəfindən dəstəklənəcək. Bunlar islam, xristianlıq və iudaizm dinləri arasında ortaya qoyulan sosial layihələr ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti