...

Azərbaycanda magistraturaya qəbul imtahanlarına dəyişiklik ola bilər

Cəmiyyət Materials 30 Yanvar 2013 12:43 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə KOmissiyanın ali məktəblərin magisratura səviyyəsi üzrə qəbul imtahanlarının II mərhələsinin (ixtisas üzrə imtahanların) ləğvinə hazır olduğunu açıqlayıb.
Azərbaycanda magistraturaya qəbul imtahanlarına dəyişiklik ola bilər

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə KOmissiyanın ali məktəblərin magisratura səviyyəsi üzrə qəbul imtahanlarının II mərhələsinin (ixtisas üzrə imtahanların) ləğvinə hazır olduğunu açıqlayıb. Trend-in məlumatına görə, Abbaszadə bunu çərşəbə günü 2012-2013-cü tədris ili üçün tələbə qəbulunun elmi-statistik nəticələrinə həsr edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, əgər ali məktəblər bakalavrların qiymətlərinin real olduğuna inanarlarsa, onda magistraturaya qəbul imtahanlarında bu qiymətlər nəzərə alınar və imtahanın II mərhələsi, yəni ixtisaslar üzrə imtahanlar keçirilməz.

Komissiya sədrinin sözlərinə görə, əgər belə sistem tətbiq edilərsə, onda kütləvi ixtisaslar üzrə magistraturaya qəbulda II mərhələ keçirilməz. Yalnız yüksək müsabiqə vəziyyəti yaranan ixtisaslarda qəbulun II mərhələsi təşkil olunar.

Abbaszadə bildirib ki, Azərbaycanda magistratura səviyyəsinə qəbul olan bakalavrlar daha çox qiyabi təhsil formasını seçirlər. Çünki onlar daha çox əmək fəaliyyəti ilə məşğul olmağa üstünlük verirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti