...

Azərbaycanda sahibkarlıqla məşğul olan vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı təklif parlamentə tövsiyə olunmadı

Cəmiyyət Materials 6 Fevral 2013 14:59 (UTC +04:00)
Azərbaycanda sahibkarlıqla məşğul olan vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı qanun layihəsi parlamentə tövsiyə olunmadı.
Azərbaycanda sahibkarlıqla məşğul olan vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı təklif parlamentə tövsiyə olunmadı

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanda Cinayət Məcəlləsinə sahibkarlıqla məşğul olan vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı dəyişikliklər parlamentə tövsiyə olunmadı.

Trend-in məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin çərşənbə günü keçirilən iclasında deputat İlyas İsmayılovun bununla bağlı hazırladığı layihə müzakirə olunub.

Layihədə təklif olunan maddəyə əsasən, deputat və məmurlar qanuna zidd olaraq bizneslə məşğul olmalarına görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Bununla əlaqədar həmin şəxslərə qarşı 6 aydan 2 ilə qədər azadlığın məhdudlaşdırılması da təklif edilir.

Deputatlar müzakirələr zamanı bildiriblər ki, istənilən vəzifəli şəxs əgər vəzifəsindən sui-istifadə etmirsə, dövlət büdcəsinə qanuni gəlir gətirirsə, onun bizneslə məşğul olması ciddi cinayət faktı törətmir.

Komitə sədri Əli Hüseynli isə deyib ki, vəzifəli şəxslərin bizneslə məşğul olması barədə yaranan problemlərin aradan qaldırılması üçün yeni müvafiq qanun hazırlanmalıdır.

Qeyd edək ki, İsmayılov Məcəllənin 192-1-ci maddəsinə dəyişikliklər edilməsini təklif etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti