...

Yasamal sakinləri suya "həsrət qalacaqlar"

Cəmiyyət Materials 7 Fevral 2013 19:44 (UTC +04:00)
Sabah Yasamal rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yasamal sakinləri suya "həsrət qalacaqlar"

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Sabah Yasamal rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsində yeni çəkilmiş 500 mm diametrli magistral su xətti şəbəkəyə qoşulacaq. Bununla əlaqədar fevralın 8-də gün ərzində Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşenli, M.Müşfiq küçələrinə, eləcə də Parlament prospektinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti