...

Kobud qanun pozuntularına görə Penitensiar Xidmətin 21 işçisi ədliyyə orqanlarından xaric edilib

Cəmiyyət Materials 8 Fevral 2013 18:22 (UTC +04:00)
Ötən il Penitensiar Xidmətin kobud qanun pozuntularına yol verən 164 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 7 müəssisənin rəisi və 24 işçisi tutduqları vəzifədən azad olunub və ya ədliyyə orqanlarından xaric ediliblər.
Kobud qanun pozuntularına görə Penitensiar Xidmətin 21 işçisi ədliyyə orqanlarından xaric edilib

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir İ.İzzət/

Ötən il Penitensiar Xidmətin kobud qanun pozuntularına yol verən 164 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 7 müəssisənin rəisi və 24 işçisi tutduqları vəzifədən azad olunub və ya ədliyyə orqanlarından xaric ediliblər.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə Penitensiar Xidmətin 2012-ci ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə açıqlayıb.

Mədət Quliyev qurumun 2012-ci ildəki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edərək penitensiar sistemin təkmilləşdirilməsi üzrə işləri, o cümlədən yeni müasir penitensiar müəssisə və komplekslərin inşası, qanunçuluğun və nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, xidmətin maddi-texniki bazasının gücləndirilməsi, o cümlədən məhkumların təhlükəsiz müşayiəti üçün zəruri avadanlıqda təchiz olunmuş xüsusi nəqliyyat vasitələri ilə təmin edilməsi istiqamətində görülən əməli tədbirləri qeyd edib.

Bundan əlavə, Xidmət rəisi bildirib ki, penitensiar müəssisələrin əməliyyat aparatlarının respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı nəticəsində 192 müxtəlif, o cümlədən bir neçə il əvvəl törədilmiş və uzun müddət bağlı qalmış bir sıra cinayətlərin üstü açılıb, habelə qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınmasına, eləcə də narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə xüsusi diqqət yetirilərək 2012-ci ildə aparılmış əməliyyat-baxış tədbirləri nəticəsində 28.500 manata yaxın pul, 136 litr spirtli içki, 121 mobil telefon, 447.7 qram çəkidə müxtəlif narkotik maddələr aşkar edilərək götürülüb və həmin faktlar üzrə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti