...

Fransada məscidə qarşı növbəti vandalizm aktı

Cəmiyyət Materials 11 Fevral 2013 12:34 (UTC +04:00)
Ötən bazar günü Fransada paytaxt regionunda yerləşən məscidlərdən birinə qarşı növbəti vandalizm aktı həyata keçirilib.
Fransada məscidə qarşı növbəti vandalizm aktı

Azərbaycam, Bakı, 11 fevral /Trend/

Ötən bazar günü Fransada paytaxt regionunda yerləşən məscidlərdən birinə qarşı növbəti vandalizm aktı həyata keçirilib. Bu barədə Trend İTAR-TASS-a istinadən məlumat verir.

Bazar günü Sena-i-Marna departamentinin Proven şəhərinin müsəlmanları özlərinin dini məbədlərinin divar və qapılarında altı xaç şəkli aşkar ediblər.

Şəkillər qırmızı flomastrla çəkilib. Möminlər dərhal polisə müraciət ediblər. Dələduzluq faktı üzrə artıq təhqiqat başlanılıb. İl-de-Fransın Müsəlman kultunun regional şurası məscidin təhqir edilməsini qınayıb və "regionun müsəlmanlarını təxribatçıların alçaq və fitnəkar simaları qarşısında ayıqlığa və sakitliyə" çağırıb.

Bu insident düz bir həftə əvvəl Provendən 60 kilometr məsafədə yerləşən Ozuar la-Feryer şəhərindəki analoji hadisədən sonra baş verib. Səhər duasına gələn möminlər Taubanın yerli məscidinin yerləşdiyi gözəçarpmayan binanın fasadında iki xaç nişanı aşkar ediblər. Ruhanilərin nümayəndələri xaç nişanı ilə yanaşı, təhqiredici imzaların, habelə "Yaşasın Qalliya!" və İslam barəsində ədəbsiz şüarların yazıldığını dəqiqləşdiriblər.

Yeri gəlmişkən, Fransanın Müsəlman kultu şurasının məlumatına görə, ilin əvvəlindən respublika ərazisində artıq İslam dininə məxsus 7 məbəd təhqir edilib. Ötən il ərzində cəmi 201 islamofobiya hərəkətləri qeydə alınıb. Fransa cəmiyyətində İslam əleyhinə ab-havanın açıq-aşkar yayılması müsəlmanlarda narahatlıq doğurur.

Fransada İslam davamçıların sayına görə ikinci dindir. Müxtəlif məlumatlara görə, respublikanın müsəlman icmasının üzvlərinin sayı 5-6 milyon arasındadır və Avropada sayca ən böyüyüdür.

Qeyd edək ki, ölkə sakinlərinin dini və etnik mənsubiyyəti haqqında rəsmi tədqiqatlar qanunla qadağan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti