...

Xaçmazda ailə üzvlərini öldürmək istəyən şəxs yaxalanıb

Cəmiyyət Materials 13 Fevral 2013 17:44 (UTC +04:00)
Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 12-də saat 19:00 radələrində Xaçmaz rayonu, Köhnə Xaçmaz kənd sakini, 1935-ci il təvəllüdlü Rəcəb Rəcəbov bir il əvvəl boşadığı və hazırda birlikdə yaşadığı arvadı, 1943-cü il təvəllüdlü Sona Rəcəbovaya aralarında baş vermiş mübahisə zamanı özündəki bıçaqla qəsdən öldürmək məqsədi ilə çoxsaylı xəsarətlər yetirib.
Xaçmazda ailə üzvlərini öldürmək istəyən şəxs yaxalanıb

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İ.İzzət/

Xaçmazda xüsusilə ağır cinayət törətməkdə şübhəli bilinən şəxs tutulub.

Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 12-də saat 19:00 radələrində Xaçmaz rayonu, Köhnə Xaçmaz kənd sakini, 1935-ci il təvəllüdlü Rəcəb Rəcəbov bir il əvvəl boşadığı və hazırda birlikdə yaşadığı arvadı, 1943-cü il təvəllüdlü Sona Rəcəbovaya aralarında baş vermiş mübahisə zamanı özündəki bıçaqla qəsdən öldürmək məqsədi ilə çoxsaylı xəsarətlər yetirib.

Rəcəbov daha sonra oğlu, 1978-ci il təvəllüdlü Rasim Rəcəbova da bıçaqla xəsarət yetirib və bu zaman evə gəlmiş və bıçağı onun əlindən almaq istəyən gəlini, 1970-ci il təvəllüdlü Yasəmən Rəcəbovanın başına isə tava ilə vurub. S.Rəcəbova və R.Rəcəbov aldıqları xəsarətlərlə bağlı Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib, digər zəruri və təxirəsalınmaz istintaq tədbirləri aparılıb.

Rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən R.Rəcəbov tutularaq istintaqa cəlb olunub. Cinayətin aləti olan 1 ədəd mətbəx bıçağı onun yaşadığı evin həyətindən tapılaraq maddi sübut kimi götürülüb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti