...

Azərbaycan Mətbuat Şurasında internet portallarla bağlı komissiya yaradılıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Cəmiyyət Materials 14 Fevral 2013 12:11 (UTC +04:00)
Trend-in məlumatına görə, MŞ-nin cümə axşamı keçirilən iclasında Şuranın sədri Əflatun Amaşov bildirib ki, komissiya onlayn mediadan gələn şikayətləri araşdıracaq, internet media ilə bağlı məsələlərə baxacaq, veb-səhifələrə haker hücumlarını və onlayn media ilə bağlı digər məsələləri araşdıracaq.
Azərbaycan Mətbuat Şurasında internet portallarla bağlı komissiya yaradılıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycan Mətbuat Şurasında (MŞ) internet resursları üzrə komissiya yaradılıb.

Trend-in məlumatına görə, MŞ-nin cümə axşamı keçirilən iclasında Şuranın sədri Əflatun Amaşov bildirib ki, komissiya onlayn mediadan gələn şikayətləri araşdıracaq, internet media ilə bağlı məsələlərə baxacaq, veb-səhifələrə haker hücumlarını və onlayn media ilə bağlı digər məsələləri araşdıracaq.

O qeyd edib ki, bu sahə ilə bağlı komissiyanın fəaliyyətinin ümumi konsepsiyası hazırlana bilər.

Amaşov bildirib ki, artıq internet portallardan 30-a yaxın müraciət daxil olub və onlar MŞ üzvü olmaq istəyirlər.

"İlbəil internet mediadan Mətbuat Şurasına daxil olan şikayətlərin sayı da artır. Əgər 2011-ci ildə Şuraya 7 şikayət daxil olmuşdusa, 2012-ci ildə artıq 20 şikayət almışıq. Yaradılan komissiya da bu şikayətləri araşdıracaq. Elə bu həftə ərzində komissiyanın ilk iclası keçirilərək şikayətlər araşdırılacaq", - Şura sədri deyib.

Amaşov bildirib ki, Azərbaycanda ictimai fikrin formalaşmasında internet jurnalistikanın rolu getdikcə artır.

Mətbuat Şurasının nəzdində yaradılan komissiyaya onlayn mediadan Vaqif Şərifov, Elnur Baimov, Vüsalə Mahirqızı, Azər Həsrət, Müşfiq Ələsgərli, həmçinin .İNTRANS şirkətinin (az domeninin milli qeydiyyatçısı) baş direktoru Faiq Fərmanov daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti