...

Azərbaycanda vəkil olmaq istəyənlərin nəzərinə

Cəmiyyət Materials 15 Fevral 2013 12:24 (UTC +04:00)
Azərbaycanın Vəkillər Kollegiyasının Rəyasət Heyəti “Vəkillik və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq Vəkillər Kollegiyasına qəbul olunmaq arzusunda olan şəxslərin sənədlərinin qəbuluna başlayır.
Azərbaycanda vəkil olmaq istəyənlərin nəzərinə

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir İ İzzət/

Azərbaycanın Vəkillər Kollegiyasının Rəyasət Heyəti "Vəkillik və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq Vəkillər Kollegiyasına qəbul olunmaq arzusunda olan şəxslərin sənədlərinin qəbuluna başlayır.

Kollegiyadan Trend-ə bildiriblər ki, qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət edə bilərlər.

Sənədlər Bakı şəhəri, S. Vurğun küçəsi 32-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin binasında 2013-cü il martın 4-dən iyunun 4-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 14.00-dan 18.00-dək qəbul olunur.

İxtisas imtahanlarının keçirilmə tarixi barədə əlavə məlumat veriləcək.

Sənədlərə Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən olunmuş formada ərizə
Şəxsiyyət vəsiqəsinin surəti (notariat qaydasında təsdiq edilmiş), ali təhsil barədə diplom və onun notariat qaydasında təsdiq edilmiş surəti, əmək kitabçasının notariat qaydasında və ya iş yerində təsdiq edilmiş surəti, kadrların şəxsi məlumat vərəqəsi, tərcümeyi- hal, əqli cəhətdən sağlamlıq barədə tibbi arayış, 3-4 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil, 4-6 ölçüdə 4 ədəd rəngli fotoşəkil daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti