...

Azərbaycanın xalq yaradıcılığı paytaxtlarının təqdimatı keçirilib

Cəmiyyət Materials 19 Fevral 2013 17:34 (UTC +04:00)
2013-cü il üçün Xaçmaz şəhəri "Azərbaycanın Əfsanələr Paytaxtı", Zaqatala şəhəri "Azərbaycanın Folklor Paytaxtı" və Göygöl şəhəri isə "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan olunub.
Azərbaycanın xalq yaradıcılığı paytaxtlarının təqdimatı keçirilib

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İ.İsabalayeva/

2013-cü il üçün Xaçmaz şəhəri "Azərbaycanın Əfsanələr Paytaxtı", Zaqatala şəhəri "Azərbaycanın Folklor Paytaxtı" və Göygöl şəhəri isə "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan olunub.

Trend-in məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bununla bağlı çərşənbə axşamı keçirilən tədbirdə bildirib ki, Xaçmaz, Zaqatala və Göygöl rayonlarında il ərzində təntənəli mərasimlər, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfranslar, "dəyirmi masa"lar, konsertlər, müsabiqələr, festivallar, sərgilər, yarmarkalar, infoturlar və sair tədbirlərin təşkili nəzərdə tutulur.

Nazir bildirib ki, dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübələri nəzərə alınmaqla, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması və dəstəklənməsi istiqamətində islahatlara start verilib.

Qarayevin sözlərinə görə, Azərbaycanın qeyri-maddi mədəni irsinin bərpası, qorunması və onların hərtərəfli inkişafı üçün "Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunmasına dair Dövlət Proqramı"nın layihəsi hazırlanaraq baxılmaq üçün müvafiq qurumlara təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti