...

Gəncədə zibil qutuları üçün xüsusi yerlər düzəldilir

Cəmiyyət Materials 19 Fevral 2013 19:34 (UTC +04:00)
Gəncədə iri zibil qutuları üçün xüsusi yerlər düzəldilir.

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Gəncədə iri zibil qutuları üçün xüsusi yerlər düzəldilir.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, əvvəllər bu qutular avtomobil yollarında, mərkəzi küçələrdə yerləşdiyi üçün sakinlərin narazılığına səbəb olurdu. Gəncə şəhər Təmizlik İdarəsinin müdiri Elmar Əzizov bildirib ki, artıq bu problem şəhərin bir çox küçə və prospektlərində öz həllini tapıb və gələcəkdə bu proses tam həllini tapacaq.

Artıq şəhərin mərkəzi küçələrində, Atatürk, Şah İsmayıl Xətai və Heydər Əliyev prospektlərində zibil qutuları üçün xüsusi yerlər düzəldilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti