...

Azərbaycanda telefonla pensiya təyinatı həyata keçiriləcək (ƏLAVƏ OLUNUB) (FOTO)

Cəmiyyət Materials 20 Fevral 2013 11:00 (UTC +04:00)
Azərbaycanda bu il iyulun 1-dən telefonla zəng edərək pensiya təyinatı haqqında məlumatı əldə etmək mümkün olacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü keçirdiyi mətbuat konfransında Dövlət Sosial Müdafiə Fondununun sədri Səlim Müslümov bildirib.
Azərbaycanda telefonla pensiya təyinatı həyata keçiriləcək (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanda bu il iyulun 1-dən telefonla zəng edərək pensiya təyinatı haqqında məlumatı əldə etmək mümkün olacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü keçirdiyi mətbuat konfransında Dövlət Sosial Müdafiə Fondununun sədri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, "Sığortaolunanlara məlumatların verilməsi" elektron xidmətinin istifadəyə verilməsi avtomatlaşdırılmış pensiya təyinatına keçidin əsas elementidir.

Müslümov qeyd edib ki, DSMF tərəfindən əhalinin istifadəsinə verilən növbəti elektron xidmətlərdən biri vətəndaşların gələcək pensiya təminatında, şəffaflığın təmin olunmasında mühüm rolu olan "Sığortaolunanlara məlumatların verilməsi" xidməti vasitəsilə istənilən sığortaolunan onun üçün sığortaedən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və öz pensiya kapitalına, həm də işəgötürənin onun üçün əmək haqqına uyğun sosial sığorta haqqı köçürdüyünə nəzarət etmək imkanı qazana bilər.

Bu telefon nömresinin 19 00 olması gözlənilir.

Müslümov deyib ki, 2006-cı ilə qədər əmək stajı barədə məlumatı DSMF orqanlarına təqdim etmələri zəruridir.

"Mən inanıram ki, 90-95 faiz şəxs öz stajı barədə məlumat ötürdüyü təqdirdə elektron çağrı sisteminə qoşulması mümkün olacaq", - o deyib.

DSMF sədri qeyd edib ki, artıq hər bir işləyən özü üçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək və gələcəkdə etibarlı pensiya təminatı əldə etmək imkanına malik olacaq

Məqalədə:
Xəbər lenti

Xəbər lenti