...

Bu ilin ilk ayında 100-dən çox adam qidadan zəhərlənib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 20 Fevral 2013 15:31 (UTC +04:00)
Bu ilin yanvar ayı ərzində Azərbaycanda əhali arasında 108 qida zəhərlənməsi hadisəsi baş verib.
Bu ilin ilk ayında 100-dən çox adam qidadan zəhərlənib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İ.İsabalayeva/

Bu ilin yanvar ayı ərzində Azərbaycanda əhali arasında 108 qida zəhərlənməsi hadisəsi baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, qida zəhərlənməsi nəticəsində 130 nəfər zərərçəkən olub.

Ötən ay ərzində 2 botulizm hadisəsi baş verib, 2 nəfər zərərçəkən olub.

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2013-cü ilin yanvar ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 41 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub, 38 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 15 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 716, mikrobioloji göstəricilərinə görə 551, toksikoloji göstəricilərinə görə 139 yeyinti məhsullari nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 13-də orqanoleptik və fiziki-kimyəvi, 18-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.

Şadlıq evlərindən 1837 yaxma nümunəsi götürülüb, 12 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti