...

Azərbaycan və Türkiyə vahid turizm paketini yaradır

Cəmiyyət Materials 21 Fevral 2013 09:26 (UTC +04:00)
Azərbaycan və Türkiyə turizm sahəsində mövcud olan layihələrlə yanaşı, bu sahədə vahid turizm paketinin yaradılmasını nəzərdə tutan yeni layihə də reallaşdıra bilərlər. Bunu çərşənbə günü Trend-ə müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun bildirib.
Azərbaycan və Türkiyə vahid turizm paketini yaradır

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir A.Tağıyeva/

Azərbaycan və Türkiyə turizm sahəsində mövcud olan layihələrlə yanaşı, bu sahədə vahid turizm paketinin yaradılmasını nəzərdə tutan yeni layihə də reallaşdıra bilərlər. Bunu çərşənbə günü Trend-ə müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun bildirib.

"Ölkələr turistlərin yönləndirilməsi layihəsini reallaşdıra bilər. Yəni Türkiyəyə gələn turistlər Azərbaycanın turizm potensialı ilə də tanış ola bilərlər və ya əksinə. Turistlər iki ölkəyə səfər etmək imkanı əldə edə bilərlər. Bu, bir turizm paketi çərçivəsində iki ölkəyə səfər xidmətlərini təqdim edən turizm paketlərinə düzəlişlərin edilməsini nəzərdə tutur", - səfir deyib.

Səfirin sözlərinə görə, nisbətən kiçik əraziyə malik olmasına baxmayaraq, Azərbaycan nadir təbiət və iqlim xüsusiyyətlərinə malikdir ki, bu da ölkəni turizm üçün çox maraqlı edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti