...

Azərbaycanın Qobustan muzeyi Avropanın ən yaxşı muzeyləri sırasına daxil edilib

Cəmiyyət Materials 22 Fevral 2013 10:46 (UTC +04:00)
Azərbaycanın Qobustan muzeyi Avropanın ən yaxşı muzeyləri sırasına daxil edilib. Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və tuizm naziri Əbülfəs Qarayev Azərbaycan 2020: mədəni irs prioritet inkişaf istiqmətlərindən biri kimi mövzusunda keçirilənkonfransda deyib.
Azərbaycanın Qobustan muzeyi Avropanın ən yaxşı muzeyləri sırasına daxil edilib

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın Qobustan muzeyi Avropanın ən yaxşı muzeyləri sırasına daxil edilib. Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və tuizm naziri Əbülfəs Qarayev Azərbaycan 2020: mədəni irs prioritet inkişaf istiqmətlərindən biri kimi mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, Qobustan qoruğu UNESCO-nun mədəni irs siyahısına daxil edlib. Bu qoruq Azərbaycan Prezidenti tərəfindən təsdiqlənmiş Dövlət İnvestisiya Proqramı çərçivəsində yenidən bərpa olunub. Onun strukuru dəyişdirilib, yeni muzey qurulub.

"Biz indi cox yaxşı məlumat gözləyirik. Avropa mütəxəssisləri Qobustanı ötən ilin Avropanın ən yaxşı muzeyləri sırasına daxil ediblər. Bu qərar mayın 19-da elan ediləcək. Artıq biz qabaqcıl pillərədəyik", - nazir deyib.

Onun sözlərinə görə, bu yaxınlarda ölkə Prezidenti "Mədəniyyət haqqında" qanunu təsdiqləyib.

Nazir deyib ki, Azərbaycanda mədəni irsin qorunması ilə bağlı dövlət proqramı qəbul olunmalıdır.

"Mədəni irs nəinki qorunmali, o, yenidən təhlil edilməlidir. Bu irsi xalqın üzünə və ölkəmizə gələn çoxsaylı qonaqların üzünə açmalıyıq. Mədəni irs turizm sahəsinə böyük töhfə verər", - Qarayev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti