...

Azərbaycanda dəmir yolunun bir hissəsinin əsaslı təmiri başa çatır (FOTO)

Cəmiyyət Materials 8 Mart 2013 09:46 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamı sürətlə icra olunur.
Azərbaycanda dəmir yolunun bir hissəsinin əsaslı təmiri başa çatır (FOTO)

Azərbaycan, Bakı, 8 mart /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamı sürətlə icra olunur.

Trend-in "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinə istinadən verdiyi məlumata görə, Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.

Martın 8-17-də Qarabucaq-Müsüslü mənzilində 8,6 km yol əsaslı təmir olunacaq. Bununla da Bakı-Böyük Kəsik istiqamətində 200 kilometrin təmiri başa çatacaq.

Martın 8-də artıq səhər saatlarında köhnə yolun söküntüsünə start verilib və artıq 1 km köhnə yol sökülüb.
Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisəsləri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 193 km yol əsaslı təmir olunub.

İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti