...

İSESCO Azərbaycanda yaradılacaq Tolerantlıq Mərkəzinin həmtəsisçisi olacaq (FOTO)

Cəmiyyət Materials 19 Mart 2013 14:51 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov ölkəmizdə səfərdə olan İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri qəbul edib.
İSESCO Azərbaycanda yaradılacaq Tolerantlıq Mərkəzinin həmtəsisçisi olacaq  (FOTO)

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir E.Mehdiyev/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov ölkəmizdə səfərdə olan İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri qəbul edib.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı İSESCO ilə qarşılıqlı əlaqələr barəsində fikir mübadiləsi aparılıb, ikitərəfli münasibətlərin daha da genişləndirilməsi istiqaməti müzakirə mövzusu olub.

Dövlət Komitəsinin sədri ölkəmizdəki mövcud tolerant mühit barədə qonağa ətraflı məlumat verib. Bildirib ki, bu gün Azərbaycanda dinlərarası münasibətlərdə tolerantlığın ən yüksək səviyyəsi mövcuddur.

İSESCO-nun baş direktoru da öz növbəsində, Azərbaycandakı toreantlıqdan məmnunluğunu ifadə edib və bildirib ki, bu, dünyada nadir rast gəlinən nümunədir.

Görüşdə ötən ilin dekabr ayında Bakıda İSESCO-nun da həmtəşkilatçılığı ilə keçirilmiş "Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi" I Beynəlxalq Bakı Forumu zamanı DQİDK, BMT-nin Azərbaycan ofisi və Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu arasında imzalanmış anlaşma memorandumuna əsasən təsis edilmiş Tolerantlıq Mərkəzinin gələcək fəaliyyəti barəsində fikir mübadiləsi aparılıb.

Görüşdə Mərkəzin fəaliyyətinə İSESCO-nun verə biləcəyi töhfələr barəsində müzakirə aparılıb və konkret layihələr ətrafında fikir mübadiləsi olub. İSESCO-nun Mərkəzin həmtəsisçisi olması haqqında təklif məmnunluqla qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti