...

Bakının əsas küçələrindən birində təmir işləri yaxın günlərdə başa çatacaq

Cəmiyyət Materials 25 Mart 2013 11:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 mart /Trend/

Xətai rayonunda Naximov küçəsində aparılan təmir işləri davam etdirilir. Yaxın 3-4 gün ərzində işlər başa çatdırılması planlaşdırılır. Bu barədə bazar ertəsi Trend-ə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, ümumi uzunluğu 2 810 metr təşkil edən küçənin müxtəlif hissələrində genişləndirmə işləri aparılıb. Belə ki, əvvəllər küçənin bəzi yerlərinin eni 5-6 metr təşkil edirdisə, hazırda bu, 10-12 metrədək genişləndirilib:

Mürsəliyev deyib ki, Naximov küçəsində bütün beton bordyurlar dəyişdirilib, piyadalar üçün səki salınıb və artıq 2 km yol asfaltlanıb.

O həmçinin əlavə edib ki, Xətai rayonu ərazisində yaxın bir neçə ay ərzində - Xocalı prospektində, Nəcəfqulu Rəfiyev, Fəzail Bayramov küçələri və digər yerlərdə təmir işləri həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti