...

Qonşusuna görə evini su basmış sakinlər problemlərini necə həll edə bilərlər?

Cəmiyyət Materials 28 Mart 2013 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir İ.İsabalayeva/

Bir çoxlarımız binaların yuxarı mərtəbələrində yaşayan qonşularımızın səhlənkarlığı, diqqətsizliyi səbəbindən mənzillərimizin su basması halları ilə rastlaşmışıq. Bu səbəbdən də qonşular arasında yaranan mübahisələr, davalar bəzi hallarda arzuolunmaz nəticələrə gətirib çıxarır. Əslində, bu problemin sivil həlli yolu var.

Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi Dünyamin Novruzov Trend-ə bildirib ki, mənzili su basmış şəxs, ilk növbədə yaşadığı ərazi üzrə müvafiq mənzil istismar sahəsinə (MİS) müraciət etməlidir. MİS öz nümayəndəsini həmin mənzilə göndərməklə mənzilin su basması faktını təsdiq edən müvafiq akt tərtib etməlidir.

Novruzov deyir ki, mənzili su basmış vətəndaş gələcəkdə məhkəməyə müraciət edəcəyi halda iddia tələbinin dəlillərini sübut etmək üçün həmin aktın tərtibi xüsusi əhəmiyyət kəsb edir.

Hüquqşünas bu problemlə üzləşmiş vətəndaşlara məsləhət görür ki, o, ilk əvvəl qonşusuyla danışmalı, ona vurulmuş ziyanı məhkəmədən kənar qaydada könüllü ödəməsini təklif etməlidir.

Qonşular bu barədə razılığa gələ bilməsələr, o zaman mənzili su basmış vətəndaş məhkəməyə müraciət edərək ona vurulmuş ziyanın ödənilməsini tələb edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti