...

Azərbaycanda tələbə olmaq istəyən 34 mindən cox abituriyent sınaq imtahanı verəcək

Cəmiyyət Materials 29 Mart 2013 11:44 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının aprelin 7-də keçirəcəyi sınaq imtahanına yazılış başa çatmaq üzrədir.
Azərbaycanda tələbə olmaq istəyən 34 mindən cox abituriyent sınaq imtahanı verəcək

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının aprelin 7-də keçirəcəyi sınaq imtahanına yazılış başa çatmaq üzrədir.

Komissiyadan cümə günü Trend-ə verilən məlumata görə, imtahanda iştirak etmək üçün respublika üzrə abituriyentlərə 34464 yer ayrılıb. İmtahana qeydiyyat internet vasitəsilə martın 28-dən aparılır. Bu gün saat 10:30-a olan məlumata əsasən, ayrılan yerlərdən yalnız ikisinə yazılış edilməyib.

Növbəti sınaq imtahanı aprelin 14-də keçiriləcək. Hazırda həmin tarix üzrə imtahana qeydiyyat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti