...

Azərbaycanda Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna daxilolmalar artıb

Cəmiyyət Materials 29 Mart 2013 14:49 (UTC +04:00)
Azərbaycanda ətraf mühitin mühafizəsi tədbirlərinin daha da gücləndirilməsi nəticəsində Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna (ƏMMDF) daxilolmalar artıb.
Azərbaycanda Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna daxilolmalar artıb

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ətraf mühitin mühafizəsi tədbirlərinin daha da gücləndirilməsi nəticəsində Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna (ƏMMDF) daxilolmalar artıb.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, 2003-cü ildə ölkə üzrə ətraf mühitin mühafizəsi istiqamətində qanun pozucularına qarşı ümumilikdə 1697 akt və protokol tərtib olunub, cərimələrin ödənilməsi məqsədilə 21 iş məhkəmə orqanlarına göndərilmişdisə, 2010-cu ildə isə müvafiq olaraq 3034 akt və protokol tərtib edilmiş, 566 iş məhkəmə orqanlarına göndərilib. Nazirlik tərəfindən ətraf mühitin mühafizəsi tədbirlərinin daha da gücləndirilməsi, ekoloji qanun pozucularına qarşı mübarizə tədbirlərinin sərtləşdirilməsi nəticəsində 2012-ci ildə 3382 akt və protokol tərtib edilib, 716 iş məhkəmə orqanlarına göndərilib, 2013-cü ilin iki ayı ərzində isə 578 akt və protokol tərtib edilib, 78 iş məhkəmə orqanlarına göndərilib.

Nazirlik tərəfindən həyata keçirilən intensiv mühafizə tədbirləri Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna (ƏMMDF) daxil olan cərimələri hər il nəzərəçarpacaq dərəcədə artıb. Əgər 2003-cü ildə Fonda (ƏMMDF) 223 413 manat daxil olmuşdursa, 2006-cı ildə fonda daxilolma 416 858 manat, 2010-cu ildə 1 096 394 manat, 2013-cü ilin yanvar-fevral ayları ərzində isə 2 033 564 manat təşkil edib.

Belə ki, 2003-cü ildə ölkə üzrə ətraf mühitin mühafizəsi istiqamətində qanun pozucularına qarşı ümumilikdə 1697 akt və protokol tərtib olunmuş, cərimələrin ödənilməsi məqsədilə 21 iş məhkəmə orqanlarına göndərilmişdirsə, 2010-cu ildə isə müvafiq olaraq 3034 akt və protokol tərtib edilib, 566 iş məhkəmə orqanlarına göndərilmişdir. Nazirlik tərəfindən ətraf mühitin mühafizəsi tədbirlərinin daha da gücləndirilməsi, ekoloji qanun pozucularına qarşı mübarizə tədbirlərinin sərtləşdirilməsi nəticəsində 2012-ci ildə 3382 akt və protokol tərtib edilmiş, 716 iş məhkəmə orqanlarına göndərilmiş, 2013-cü ilin iki ayı ərzində isə 578 akt və protokol tərtib edilmiş, 78 iş məhkəmə orqanlarına göndərilib.

Nazirlik tərəfindən həyata keçirilən intensiv mühafizə tədbirləri Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna (ƏMMDF) daxil olan cərimələrin hər il nəzərəçarpacaq dərəcədə artır. Əgər 2003-cü ildə Fonda (ƏMMDF) 223 413 manat daxil olmuşdursa, 2006-cı ildə fonda daxilolma 416 858 manat, 2010-cu ildə 1 096 394 manat, 2013-cü ilin yanvar-fevral ayları ərzində isə 2 033 564 manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti