...

Xaçınçay üzərindəki körpüdə hərəkət bərpa olunub

Cəmiyyət Materials 9 Aprel 2013 12:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir İ.İzzət/

Tər-tər-Hindarx avtomobil yolunun 26-cı kilometriyində Xaçınçay üzərindəki körpüdə təmir işləri başa çatdırılıb.

Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, körpüdə nəqliyyat vasitələrinin hərəkəti aprelin 8-də axşam saatlarında tam bərpa olunub.

Qeyd edək ki, bir müddət əvvəl uzunluğu 60 m, eni 10,5 m olan körpüdən ağır tonnajlı nəqliyyat vasitələrinin keçməsi nəticəsində aşırım tirlərində çatlar əmələ gəlmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti