...

Azərbaycanın ali məktəblərinə xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin seçmə turları başlayıb

Cəmiyyət Materials 1 May 2013 08:00 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gündən 2013/2014-cü tədris ili üzrə ali məktəblərin xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər üçün seçmə turlara başlayır.
Azərbaycanın ali məktəblərinə xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin seçmə turları başlayıb

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gündən 2013/2014-cü tədris ili üzrə ali məktəblərin xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər üçün seçmə turlara başlayır.

Komissiyadan Trend-ə verilən məlumata görə, qabiliyyət imtahanlarında iştirak etmək üçün seçmə turlar mayın 1-dən mayın 20-dək aparılacaq.

Turlar ali təhsil müəssisələri üzrə Bakı, Naxçıvan, Gəncə şəhərlərində, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi, Göyçay, Şirvan şəhərlərində TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı komissiyalarında keçiriləcək.

Seçmə turda iştirak etmək üçün abituriyent təsdiq olunmuş elektron ərizəsini, "Qabiliyyət imtahanlarına qeydiyyat vərəqi"ni, şəxsiyyəti təsdiq edən sənədini, seçdiyi ixtisasın xüsusiyyətindən asılı olaraq tələb olunan sənədləri (yaradıcılıq işlərini) QİK-ə şəxsən təqdim etməlidir.

Seçmə turda abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti