Azərbaycan, Bakı, 2 may/Trend, müxbir İ.İsabalayeva/
Mayın 5-dək Bakıda və Abşeron yarımadasında müşahidə ediləcək havanın temperaturu iqlim normasından 3-4 dərəcə yüksək olacaq. Bunu cümə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
Onun sözlərinə görə, həmin müddətədək Bakıda və Abşeron yarımadasında havanın temperaturu gündüz saatlarında 20-26 dərəcə olacaq.
Verdiyev deyib ki, belə hava şəraiti may üçün xarakterikdir və anomal hesab edilmir. Mayın 1-2-də Bakıda və Abşeron yarımadasında ən isti gün 1972-ci ildə qeydə alınıb. Həmin gün Bakıda temperatur 31 dərəcə olub ki, bu da may ayı üçün anomal temperatur hesab edilib.
Verdiyev dünən müşahidə edilən temperaturun iqlim normasından 3 dərəcə yüksək olduğunu bildirib.