...

Bakıda "EstePerio2013" Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya konqresi keçirilib (FOTO)

Cəmiyyət Materials 3 May 2013 11:39 (UTC +04:00)
25-27 aprel 2013-cü il tarixlərində Bakı ITC Beynəlxalq Biznes Mərkəzində Səhiyyə Nazirliyinin və Avropa Parodontologiya Federasiyasının dəstəyi ilə Azərbaycan Parodontologiya Cəmiyyəti (PERIOAZ) və Azərbaycan Estetik Stomatologiya Assosiasiyası (ESTEAZ) tərəfindən "EstePerio2013" Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya konqresi keçirilib.
Bakıda "EstePerio2013" Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya konqresi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 3 may /Trend/

25-27 aprel 2013-cü il tarixlərində Bakı ITC Beynəlxalq Biznes Mərkəzində Səhiyyə Nazirliyinin və Avropa Parodontologiya Federasiyasının dəstəyi ilə Azərbaycan Parodontologiya Cəmiyyəti (PERIOAZ) və Azərbaycan Estetik Stomatologiya Assosiasiyası (ESTEAZ) tərəfindən "EstePerio2013" Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya konqresi keçirilib.

Plastik və reqenerativ parodontoloji cərrahiyyə, implantologiya və estetik stomatologiya, o cümlədən, konqres öncəsi master-klasslara böyük diqqət yetirilən bu tədbirdə son nailiyyətləri və perspektivləri tibbin stomatologiya sahəsində prof. Camillo D'Arcangelo (İtaliya), prof. David HERRERA (İspaniya), prof. Moshe Goldstein (İsrail), prof. Bahar Eren Kuru (Türkiyə), prof. Andrea Pilloni (İtaliya), prof. Selçuk Yilmaz (Türkiyə), dos. Ramiz Əhmədbəyli (Azərbaycan), dos. Nikos Mardas (Böyük Britaniya) və başqaları. Cavid Əhmədbəyli dünyaca məhşur olan qabaqcıl mütəxəssislərin nəticə və tədqiqatlarını onların özləri ilə birlikdə müzakirə etmək imkanı olub.

"EstePerio2013"-nin açılış mərasimi 25 aprel 2013-cü il tarixində Azərbaycan Dövlət Filarmoniyasında, "EstePerio2013" Gala gecəsi isə 27 aprel 2013-cü il tarixində "Crown Hotel Panorama" restoranında keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti