...

"Heydər Əliyevin xarici siyasət baxışı və Türkiyə"

Cəmiyyət Materials 4 May 2013 01:48 (UTC +04:00)
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə təşkil etdiyi silsiləsi tədbirlər davam etməkdədir.
"Heydər Əliyevin xarici siyasət baxışı və Türkiyə"

Azərbaycan, Bakı, 4 may /Trend/

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə təşkil etdiyi silsiləsi tədbirlər davam etməkdədir. Trend xəbər verir ki, qeyd olunan silsilə tədbirlər çərçivəsində dünən Ankarada Qazi Universitetində "Heydər Əliyevin xarici siyasət baxışı və Türkiyə" mövzusunda geniştərkibli konfrans həyata keçirilib.

Tədbirdə çox sayda millət vəkili, sabiq nazirlər, Qazi universitetinin müəllim və tələbə kollektivi, elm adamları, ictimai xadimlər, Ankarada təhsil alan tələbə və müdavimlərimizlə yanaşı çox sayda diaspor və KİV nümayəndələri iştirak ediblər.

Tədbir ilk olaraq Ümummilli liderin həyat və siyasi fəaliyyətindən bəhs edən müfəssəl sənədli filmin nümayişi ilə başlayıb. Ardından konfransın açılış nitqlərini səfir Faiq Bağırov və Qazi Universitetinin Rektoru Prof. Dr. Süleyman Büyükberber həyata keçiriblər.

Səfir öz çıxışında Ulu öndərin keçmiş Sovet İttifaqı vaxtında tutduğu yüksək vəzifələr zamanı və Azərbaycanın öz müstəqilliyini yenidən əldə etməsindən sonra xalqımıza etdiyi əvəzsiz xidmətlərdən, Azərbaycan Respublikasının bir dövlət kimi formalaşaraq inkişaf yoluna qədəm qoymasında Heydər Əliyev dühasının rasional strategiyasından, ölkəmizin xarici siyasətində Türkiyənin müstəsna yerindən və Heydər Əliyevin iki ölkə münasibətlərinin inkişafına etdiyi xidmətlərdən əsaslı və geniş şəkildə bəhs edib.

Ardından "Heydər Əliyevin xarici siyasət baxışı və Türkiyə" mövzusunda olan konfrans öz işinə başlayıb. Tədbiri Qazi Universitetinin Beynəlxalq Münasibətlər Kafedrasının müdiri Prof. Dr. Hakan Taşdemir aparıb. Konfransda, millət vəkili Eldar İbrahimov, Türkiyə millət vəkili Sinan Oğan, Qazi Universitetinin müəllimləri Prof. Dr. Əflatun Nemətzadə və Dr. Alper Alp məruzəçi qismində çıxış ediblər.

Ardından səfir Faiq Bağırov, "Heydər Əliyevin xarici siyasət baxışı və Türkiyə" mövzusunda olan konfransın məruzəçilərinə Səfirliyimizin Ümummilli liderimizin adına hazırlatdığı hədiyyələri təqdim edib.

Xəbər lenti

Xəbər lenti