...

Əli Hüseynli: Amnistiya aktının Heydər Əliyev Fondu tərəfindən təqdim olunması cəmiyyət tərəfindən alqışlanır

Cəmiyyət Materials 7 May 2013 14:25 (UTC +04:00)
Azərbaycanda sonuncu amnistiya qərarı da 2009-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəbul olunub.
Əli Hüseynli: Amnistiya aktının Heydər Əliyev Fondu tərəfindən təqdim olunması cəmiyyət tərəfindən alqışlanır

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir A.Axundov/

Azərbaycanda sonuncu amnistiya qərarı da 2009-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəbul olunub. İndiki Amnistiya aktının Heydər Əliyev Fondu tərəfindən təqdim olunması cəmiyyət tərəfindən alqışlanır. Çünki bu gün insanların düşüncəsində Heydər Əliyev irsinin ən yaxşı davamçısı məhz Heydər Əliyev Fondudur. Trend-in məlumatına görə, bunu Parlamentin bu gün keçirilən iclasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Onun sözlərinə görə, Amnistiya aktının Heydər Əliyevin 90 illik yubileyinə həsr olunması da təsadüfi deyil:

"Çünki məhz Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra əfv və amnistiya kimi təsisatları onların öz mahiyyətinə uyğun bərpa etdi".

Hüseynlinin sözlərinə görə, artıq uzun illərdir ki, Azərbaycan əhalinin hər 100 min nəfərinə nisbətdə cəza çəkən məhkumların say göstəricisinə görə keçmiş sovet respublikalarını qabaqlayıb, Şərqi Avropa və Avropa ölkələri ilə bir sıradadır.

Qeyd edək ki, Amnistiya aktı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Milli Məclisə təqdim olunub.

Milli Məclisdə Amnistiya aktı yekdilliklə qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti