...

TQDK V sinif şagirdləri arasında keçirdiyi monitorinq imtahanının nəticələrini iyunda açıqlayacaq

Cəmiyyət Materials 7 May 2013 14:42 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası orta məktəblərdə V sinif şagirdləri arasında keçirdiyi monitorinq imtahanının nəticələrini iyun ayında açıqlayacaq. Trend-in məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə deyib.
TQDK V sinif şagirdləri arasında keçirdiyi monitorinq imtahanının nəticələrini iyunda açıqlayacaq

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta məktəblərdə V sinif şagirdləri arasında keçirdiyi monitorinq imtahanının nəticələrini iyun ayında açıqlayacaq. Trend-in məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə deyib.

O deyib ki, imtahanın nəticələri Təhsil Nazirliyinə təqdim ediləcək.

M.Abbaszadə imtahanların ilkin nəticələri barədə hələ fikir söyləyə bilməyəcəyini də deyib.

O bildirib ki, monitorinq imtahanlarında V sinif şagirdlərinə yazılı suallar təqdim edilib:

"Müəyyən marker adlanan müəllimlər bu sual kitabçalarını yoxlayacaqlar. Bu proses bir günün işi deyil. Minlərlə şagird bu imtahanlarda iştirak edib. Yoxlama prosesi heç olmasa bir ay çəkəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti