Azərbaycan, Bakı, 10 may /Trend, müxbir İ.İsabalayeva/
Səhiyyə Nazirliyinin "Qaynar xətt" (9103) xidmətinə bu ilin mart-aprel aylarında 845 müraciət daxil olub.
Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, daxil olmuş müraciətlərin 601-i şikayət olub. Onların 82-si əsaslı, 396-sı əsassız, 123-ü isə cari problemlərlə bağlı şikayət kimi qeydə alınıb. Müraciətlərin 218-i sorğu xarakterli, 26-sı aidiyyəti üzrə olmayıb.
"Qaynar xətt" xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülüb.