Azərbaycan, Bakı, 15 may /Trend, müxbir İ.İzzət/
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə İrana mayın 18-də səfər edəcək. Bu barədə Trend-ə QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.
Onun sözləırinə görə, A.Paşazadə İran prezidenti Mahmud Əhmədinejadın 4 ay əvvəl etdiyi dəvət əsasında Tehrana səfərə gedir.
Səfər çərçivəsində Paşazadənin rəsmilərlə görüşləri nəzərdə tutulur.
Dadaşova deyib ki, QMİ sədrinin səfər proqramında İranda həbsdə olan AMEA-nın əməkdaşı Xalidə Xalidin və onun sürücüsü Şamxal Hüseynovun azad olunması ilə bağlı müzakirələr nəzərdə tutulmayıb:
"İranda saxlanılan Azərbaycan vətəndaşlarının azad olunması işi ilə Xarici İşlər Nazirliyi məşğul olur. Ancaq İranda görüşlərdə bu məsələ müzakirə edilərsə, Şeyx öz münasibətini bildirəcək".