...

Bakının Sabunçu rayonu susuz qalacaq

Cəmiyyət Materials 16 May 2013 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend/

Sabah Sabunçu rayonuna içməli su verilməyəcək.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri Sabunçu rayonu Q.Vəzirov küçəsi 3 ünvanında yerləşən nasos stansiyasında aparılacaq yenidənqurma işləri ilə əlaqədar olaraq, mayın 17-də Sabunçu qəsəbəsinin E.Mehdiyev, C.Şərifov, Natəvan, Sərdarov, M.Aydınbəyov, Y.Qasımov, Xanlar, S.Əfəndiyev, Q.Musabəyov, A.Əsədullayev küçələrinə içməli suyun verilməsi 24 saat müddətinə dayandırılacaq.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti