Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti mayın 21-dək davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında mayın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, arabir yağan yağışın günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Şimal küləyi əsəcək.
Havanın temperaturunun gecə 12-17, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında mayın 18-də əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 12-17, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Azərbaycan ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti mayın 21-dək davam edəcək
Azərbaycan ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti mayın 21-dək davam edəcək.
