...

Qafqaz Universitetində Türkmənistan Günü keçirilib

Cəmiyyət Materials 20 May 2013 12:51 (UTC +04:00)
Qafqaz Universitetində Türkmənistan Günü qeyd edilib.
Qafqaz Universitetində  Türkmənistan Günü keçirilib

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İsabalayeva/

Qafqaz Universitetində Türkmənistan Günü qeyd edilib. Universitetdən bazar ertəsi Trend-ə verilən məlumata görə, mayın 18-də Türkmənistanın əsas bayramlarından hesab edilən və türkmən xalqının nəsillərinin qədim mədəniyyətlə ayrılmaz əlaqəsini simvolizə edən İnkişaf, birlik və Məxtimqulu Fəraqi poeziyası Günü qeyd edilir. Türkmənistan-Azərbaycan münasibətləri, dostluğun və qardaşlığın nümunəsi olaraq Türkmənistan səfirliyi və Qafqaz Universiteti Mədəniyyət şöbəsinin təşkilatçılığı ilə "İnkişaf, birlik və Məxtimqulu Fəraqinin şeir günləri" adlı tədbiri universitetin rektoru professor Ahmet Saniç açaraq bir dil, mədəniyyət və tarixi irsin birləşdirdiyi xalqların adından ürək sözlərini söylədi. Daha sonra çıxış edən Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Toyli Komekov Türkmənistan və Azərbaycanın zəngin birgə tarixi keçmişi, zəngin dostluq münasibətlərini vurğuladı.

"Həmzə Nigaridən Məxtimquluya gedən yol" mövzusunda çıxış edən Qafqaz Universitetinin filologiya fakultəsinin müəllimi prof. Akif Hüseynli, Məxtimqulu Fəraqinin əsərlərində dostluq və insan sevgisi" mövzusunda çıxış edən Türkiyə Cümhuriyyətindən təşrif buyurmuş dos. Ramazan Çakır bəy, "Məxtimqulu Fəraqinin həyat və fəaliyyəti" mövzusunda çıxış edən Türkmənistan Elmlər Akademiyası Əlyazmalar İnstitutunun baş elmi işçisi Davud Orazsaxedov dünya şöhrətli şair Məxtimqulu Fəraqinin ədəbiyyat, elm və fəlsəfə vasitəsilə ümumbəşəri mədəniyyətin inkişafına qiymətli töhfə verdiyini bir daha diqqətə çatdırdılar.

Sonra Qafqaz Universitetində təhsil alan türkmənistanlı tələbələrin ifasında mahnı və şeirlər səsləndirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti