...

Təhsil Nazirliyinin qarşısında keçirilən icazəsiz aksiyada həbs olunmuş daha 9 nəfərə hökm oxunub

Cəmiyyət Materials 20 May 2013 16:24 (UTC +04:00)
Bu gün Nərimanov rayon məhkəməsində Təhsil Nazirliyinin qarşısında keçirilən icazəsiz aksiyada həbs olunan daha 9 nəfərin cinayət işi üzrə məhkəmə başa çatıb.
Təhsil Nazirliyinin qarşısında keçirilən icazəsiz aksiyada həbs olunmuş daha 9 nəfərə hökm oxunub

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir A.Məmmədov/

Bu gün Nərimanov rayon məhkəməsində Təhsil Nazirliyinin qarşısında keçirilən icazəsiz aksiyada həbs olunan daha 9 nəfərin cinayət işi üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, məhkəmənin hökmü ilə Türkel Rəsulov, Elnur Həsənov, Elsevər İsayev, Yusif Mirzəyev, Rauf Salehov 1 il 6 ay, Seymur Bağırlı, Bəxtiyar Ağayev, Məhəmməd Qəmbərov, Nofəl Məmmədov 1 il 9 ay, Xudaverdi Abdullayev isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2012-ci ilin oktyabr ayının 5-də keçirilmiş "Hicaba azadlıq" aksiyasında həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 233-cü maddəsi (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə ittiham olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti