...

Azərbaycanda ev heyvanlarının saxlanılması qaydalarının pozanlara qarşı cərimələr artırılır

Cəmiyyət Materials 23 May 2013 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanda ev heyvanlarının saxlanılması qaydalarının pozanlara qarşı cərimələr 10 dəfəyədək artırılır.

Trend-in məlumatına görə, Milli Məclisin Aqrar komitəsinin cümə axşamı keçirilən iclasında ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına görə nəzərdə tutulan cərimələrin iki yüz manatadək artırılması müzakirəyə çıxarılıb.

Həmçinin məcəlləyə qaydaların pozulması bəndləri də əlavə olunub. Belə ki, qeyd olunan cərimələr ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına. gəzdirilməsinə və ya yetişdirilməsinə, həmçinin ev heyvanlarının satılması, bağışlanması və nəqliyyat vasitələri ilə aparılması qaydalarının pozulmasına, baytarlıq xidməti orqanları ilə razılaşdırılmadan ev heyvanlarının yarışlarının keçirilməsinə tətbiq olunacaq.

Qeyd edək ki, əvvəllər bu qanun pozuntularına görə nəzərdə tutulmuş cərimələr 5-20 manat həcmində idi.

Cərimələr it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq saxlanılmasına, baytarlıq uçotuna alınmadan saxlanılmasına, itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız, ümumi məhəllədə və ya küçədə gəzdirilməsinə, sərxoş vəziyyətdə olan şəxs tərəfindən ev heyvanlarının gəzdirilməsinə aid olacaq.

Bu qanun pozuntuları il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədildikdə 300 manat miqdarında cərimə ediləcək. Xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə 1000 manat miqdarında cərimə tətbiq ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti