...

Daha 48 məhkum azadlığa buraxıldı

Cəmiyyət Materials 24 May 2013 20:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /Trend/

Milli Məclisin 07.05.2013-cü il tarixli amnistiya qərarının cəzaçəkmə müəssisələri üzrə icrası davam edir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu gün amnistiya qərarı Xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələri üzrə daha 48 nəfər məhkuma şamil edilib.

Qəbul olunmuş qərarlar əsasında mayın 24-dək amnistiya qərarı Penitensiar Xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrində saxlanılan 690 nəfər məhkuma tətbiq edilib.

Amnistiya qərarının icrası Xidmətin müvafiq komissiyasının, ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin, digər dövlət və qeyri-hökumət təşkilatı nümayəndələrinin, eləcə də vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə həyata keçirilir.

Amnistiya qərarının icrası davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti